Nida Xəbər
Cəbhədə GƏRGİN GECƏ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 196 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex,
Berdavan, İcevan rayonunun Ayqeovit, Vazaşen və Paravakar
kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala
Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa rayonunun
Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor, Çinari
kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli,
Muncuqlu, Ağbulaq, Koxanəbi, Ağdam kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun
Sarıcalı, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Cəvahirli,
Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin
Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat
cavab tədbirləri görülüb.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat