Nida Xəbər
Hikmət Hacıyev: “Qarabağda baş verənlər II Dünya müharibəsi ssenarisini xatırladır”
“Hazırda təmas xəttində baş verənlər II Dünya müharibəsi
ssenarisini xatırladır”.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər
Nazirliyinin mətbuat katibi Hikmət Hacızadə “Ermənistanın
işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
mövzusunda keçirilən beynəlxalq ictimai forumda çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun
təhlükəsizliyinə təhdiddir: “Bunun da kökündə Ermənistanın
Azərbaycana təcavüzü dayanır. 1994-cü ildə imzalanan atəşkəs sazişi
işğalın aradan qaldırılmasına zəmin yaratmalı idi. Lakin ötən
müddət ərzində Ermənistan atəşkəs sazişindən, həmçinin, bu müddətdə
qəbul edilmiş sənədlərdən işğalçılıq siyasətini davam etdirmək üçün
sui-istifadə edib. Hazırda təmas xəttində II Dünya müharibəsinin
səngər döyüşünün ssenarisi var. Bu regional təhlükəsizlik üçün
böyük təhdiddir”.
H.Hacızadə qeyd edib ki, danışıqlar prosesinin hazırkı mərhələsində
Ermənistanın strategiyası dəyişməyib.
“Ermənistan danışıqları imitasiya edir və bunun arxasında
gizlənərək, beynəlxalq ictimaiyyəti aldadır. Halbuki, beynəlxalq
ictimaiyyət, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri
substantiv danışıqlarımn aparılması çağırışı edir. Azərbaycan daim
substantiv danışıqları dəstəkləyib və bu gün də belə danışıqlara
tam hazırdır. Sonuncu dəfə prezidentlərin Sankt-Peterburq görüşündə
substantiv danışqılar aparılıb. Bu görüşdə Qarabağ ətrafındakı
ərazilərin azad edilməsi, qaçqınların geri qayıtması məsələsi əsas
müzakirə mövzusu idi. Lakin Ermənistanın işğal strategiyasının
mahiyyəti dəyişməyib”, - deyə XİN sözçüsü vurğulayıb.
H.Hacıyev həmsədrlərin regiona son səfərinə toxunaraq, Azərbayca
ictimaiyyətinin haqlı etiraz etdiyini bildirib.
Onun sözlərinə görə, Minsk qrupu ictimaiyyətin bu etirazından
nəticə çıxartmalıdır.
Asif
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər