Nida Xəbər
Sarkisyandan dünyaya növbəti HİYLƏGƏR YALVARIŞ: “Azərbaycan və Türkiyə bizi...”
Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda
keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və
Türkiyədən şikayətlənib.
Publika.az xəbər verir ki, Sarkisyan işğal edilmiş
Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejimini müstəqil
göstərməyə cəhd edərək, “Qarabağ xalqı”nın pis vəziyyətdə olduğunu
deyib. Həmçinin, Azərbaycanın hərbi gücündən qorxduqlarını etiraf
edərək, onları qorumaq üçün dünyaya yalvarıb.
Daha sonra erməni prezident qondarma “erməni soyqırımı”na görə
Türkiyəni ittiham edib. Həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin
açılması ilə bağlı 2009-cu ildə imzalanan Surix protokollarının
yerinə yetirməməsindən şikayətlənib.
“Bu sənədlər indiyə qədər təsdiqlənməyib və Ankara bizə qarşı ilkin
şərtlər irəli sürür”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad
ediləcəyi təqdirdə sərhədlərin açılmasını nəzərdə tutam Surix
protokollarını ratifikasiya edəcəyini bəyan edir.
Sarkisyan isə bundan şikayətlənərək, absurd təhdidlə çıxış edib.
Bildirib ki, 2018-ci ildə Ermənistan bu sənədləri dəyərsiz hesab
edəcək.
Asif
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO