Nida Xəbər
"Rusiyanın Minsk qrupunda həmsədr kimi fəaliyyəti mümkünsüzdür" - Moskvadan işğalçıya DƏSTƏK

“Rusiya son 2 ildə 2 milyard, son 5 ildə isə 5 milyard
dollar dəyərində silahı Ermənistana verib”.
Bu barədə Publika.az-a açıqlamasında politoloq
Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistana kreditlə silah verilməsi
bəhanədir: “Rusiya hələ Yeltsinin dövründən başlayaraq, Ermənistanı
silahlandırır. Yeltsinin dövründə 1 milyard dollara qədər silah
əvəzsiz ermənilərə verildi. Gürcüstandan çıxarılan bütün döyüş
texnikası Ermənistana aparıldı. Bu texnikaların ümumi dəyəri 800
milyon dollar idi”.
Q.Hüseynli qeyd edib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının xətti ilə hava hücumundan müdafiə sistemi qurmaq adı
altında xeyli silahları, o cümlədən, “İskəndər” raketlərini, od
püskürən texnikaları və s. silahları Ermənistana verdi.
“Axı bütün bu silahlar 200, yaxud 100 milyon dollar kredit
dəyərində deyil. Təkcə “İskəndər”lərin 1 divizionun qiyməti yarım
milyardır. Rusiya isə 4 divizion “İskəndər” aparıb. Bu, o deməkdir
ki, Rusiya son 2 ildə 2, son 5 ildə isə 5 milyard dollara qədər
silah-sursatı Ermənistana verib. Bu gün Ermənistan bölgədə
silahlanmış zonadır və bu ölkə Avropada adi silahların və silahlı
qüvvələrin saxlanılması kvotasını 20 dəfədən də çox keçib”, - deyə
o bildirib.
Q.Hüseynli Rusiyanın bu addımının Ermənistanı işğalçılığa və
təcavüzə stimullaşdırdığını hesab edir: “Bu proses danışıqlara son
qoyulmasına və regionda hərbi gərginliyin artmasına gətirib
çıxaracaq. Görünən budur ki, Rusiya danışıqlarda vasitəçi kimi yox,
tərəf kimi çıxış edir. Buna görə də Ermənistanı silahlandıran
Rusiyanın Minsk qrupunda həmsədr kimi fəaliyyəti mümkünsüzdür.
Çünki onun addımları beynəlxalq hüquqa ziddir və regionda
sabitliyin pozulmasına hesablanıb”.
Asif

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq