Baş konsul: "Batumidəki yanğında ölən və yaralananlar arasında azərbaycanlı yoxdur"
Bizi izləyin

Nida Xəbər

Baş konsul: "Batumidəki yanğında ölən və yaralananlar arasında azərbaycanlı yoxdur"

"Batumidə “Leogrand” otelində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur".

Bu sözləri “Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov deyib.

Baş konsul bildirib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.

Bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm