Nida Xəbər
Türkiyədən Ermənistana TƏRS ŞİLLƏ: Qarabağı azad edin, Xocalının cavabını verin, SONRA...
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər
naziri Edvard Nalbandyanın iddialarına cavab verib.
Publika.az xəbər verir ki, Nalbandyan Türkiyə və
Ermənistan arasında 2019-cu ildə Sürixdə imzalanan protokolların
təsdiq edilməməsinə görə Türkiyəni günahlandırıb.
Türkiyə XİN Nalbandyanın iddialarının həqiqətə uyğun olmadığını
açıqlayıb.
“Sürix protokolları Türkiyə və Ermənistan arasında münasibətləri
normallaşdırmaq üçün imzalanmışdı. Lakin 2010-cu ilin 12 yanvar
tarixində Ermənistanın Konstitusiya Məhkəməsi verdiyi qərarla
protokolların ruhuna zidd addım atdı. Daha sonra, 2010-cu ilin 22
aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan protokolların
təsdiqlənməsinin təxirə salındığını açıqladı. Erməni diasporu
əvvəldən protokollara qarşı idi və bunu təsdiq etməmək üçün
Ermənistan hökumətinə təzyiq edirdi. Sarkisyan sonuncu dəfə 2017-ci
ilin 19 sentyabr tarixində BMT Baş Assambleyasının iclasında çıxışı
zamanı protokolların təsdiqləməməsinə görə Türkiyəni ittiham etdi.
O, 2018-ci ildə protokolları ləğv edəcəklərini də bildirdi”, - deyə
Türkiyə XİN-in açıqlamasında qeyd olunur.
Açıqlamada bildirilir ki, protokollar hələ də Türkiyə Böyük Millət
Məclisinin xarici əlaqələr komitəsinin gündəmindədir: “Bunun təsdiq
olunması üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülhün
bərqərar olması lazımdır. 25 ildir davam edən Dağlıq Qarabağ
münaqişəsi həll olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnaməəri
yerinə yetirilməli və Azərbaycanın ərazi bütövlüyü bərpa
olunmalıdır. Yalnız bundan sonra bu prosesdə irəliləyiş ola bilər.
Bütün hallarda Ermənistan Azərbaycan torpaqlarının işğalına son
qoymalıdır”.
Açıqlamada Nalbandyanın “soyqırımı” iddialarına da cavab
verilib.
“Nalbandyanın dilə gətirdiyi “soyqırımı” iddiaları həqiqətə uyğun
deyil. Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə 1915-ci il
hadisələri müzakirə mövzusudur. Pis niyyətli dairələrin tarixi
hadisələrlə bağlı təktərəfli mövqeləri qəbul etdirmək və beynəlxalq
ictimaiyyət nəznində təzhyiq etmək cəhdləri hüququn və əxlaq
baxımından yanlışdır. Bu, bölgəmizdə sülh və sabitliyə qarşıdır.
Ermənistandan istəyimiz mübahisəli tarixi məsələləri bir kənara
qoyaraq, yaxın tarixin ən dəhşətli bəşəri cinayətlərindən biri olan
Xocalı soyqırımına görə cavab verməsidir”, - deyə Türkiyə XİN bəyan
edib.
Asif
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO