Nida Xəbər
Sərhəddə növbəti TƏXRİBAT: Ermənilər öz avtomobillərini yandıraraq geri çəkildilər - - FOTO/VİDEO
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.
Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.
Tərəfimizdən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.
Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.
-
Magazin114:20
Xalq artistindən Pərvinə sərt cavab: “Çaşan ördək...”
-
Nida Xəbər 13:48
Ermənistan polis daha bir separatçının evinə girdi: Paşinyanı devirmək istəyiblər?
-
Ekologiya13:16
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin112:44
Günayın hədiyyəsi Nadir Qafarzadəni ağlatdı - VİDEO
-
İdman12:14
Bellinqemin cazibədar sevgilisi ağ paltarı ilə hər kəsi heyrətləndirdi - FOTOLAR
-
MDB11:30
Yeddi milyondan çox rusiyalının ölkədən çıxışına qadağa qoyuldu: ŞOK SƏBƏB
-
Rəsmi xronika11:02
Putin İlham Əliyevi təbrik etdi
-
Nida Təhlil 10:32
Alınmadı, rəis: Ermənistan-Hindistan əməkdaşlığı niyə iflasa uğradı?