Ermənistan polis daha bir separatçının evinə girdi: Paşinyanı devirmək istəyiblər?
Bizi izləyin

Nida Xəbər

Ermənistan polis daha bir separatçının evinə girdi: Paşinyanı devirmək istəyiblər?

Ermənistanın təhlükəsizlik qüvvələri separatçı, Xankəndidə “mer” işləmiş David Sarkisyanın evində olub.

Publika.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.

"Aydındır ki, bu, axtarış üçündür", - Melikyan qeyd edib.

Vəkil hələlik başqa təfərrüatları açıqlamayıb.

Şənbə günü səhər saatlarında baqşa bir separatçı, Ağdərə şəhərində qondarma rejimin “mer”i işləmiş Mişa Gyurjyanın saxlanması barədə məlumat yayılıb. İstintaq Komitəsi onun külli miqdarda əmlakı mənimsəməkdə şübhəli bilindiyini açıqlayıb.

Mayın 23-də daha bir separatçı, Əsgəranın sabiq “mer”i Hayk Şamiryanın İrəvanda saxlanıldığı barədə məlumat yayılmışdı. Müstəntiqlər Hayk Şamiryanın mənzilində axtarış aparıblar. Mayın 24-də Şamiryan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İrəvanda separatçıların kütləvi şəkildə həbs edilməsinin səbəbi nədir? Böyük ehtimalla, Ermənistanın Təhlükəsizlik Qüvvələri onların Paşinyanı devirmək planı haqda məlumat əldə edib.

İrəvanda separatçıların Xocalı qatili Köçəryan tərəfindən idarə olunduğu da bildirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm