Milli Məclisdə medal müzakirəsi - Deputatlar ÜZ-ÜZƏ
Bizi izləyin

Nida Xəbər

Milli Məclisdə medal müzakirəsi - Deputatlar ÜZ-ÜZƏ

“Gəmiçiklikdə xidməti olanlara medal verməkdənsə, pul vermək lazımdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Gəmiçilik sahəsində xidmətlərinə görə” medalın təsisi ilə bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

F.Mustafa bildirib ki, insanları medal almağa aludə etmək olmaz:

“Kim bir az aşağı dərəcəli medal alırsa bunu ürəyinə salır. Bu qədər pulu nə üçün medallara sərf edirik? Medalların verilməsi sovet dövründən qalma ənənədir. Təkcə bu məsələ ilə bağlı fikir səsləndirmirəm. Məsələyə ümumi yanaşıram. Hər bir qurum özünün yaranması ilə bağlı tarix müəyyən edir. Nobel Bakıda neft kəşf edibsə, o bizim ağsaqqalımız olmayacaq ki. Yəni hər hansı qurumun yaranma günü yalnız Azərbaycanla bağlı olmalıdır. Hesab edirəm ki, bu ənənəyə bir də baxmalıyıq. Buna yanaşma dəyişsə, insanların medala bağlılığı azalar. Buna görə də bu gün Elmlər Akademiyasında elm yox, titul arxasınca gedirlər. Bu istiqamətdə yeni düşüncəni qəbul etmək lazımdır. Bakıya qəhrəman adı vermək iddiası qaldırmışdıq. Bakı Moskvanın şəhəri kimi bu adı almalı idi?”

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə münasibət bildirib:

“Hər şeyi maddi maraq prinsipinə çevirmək olmaz”.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, bu məsələlər dövlətçiliyə hesablanıb.

“Biz medalı pulla necə ifadə edə bilərik? Pul veriləcək xərcləyəcək, gələcəyə nə qalacaq? Hesab edirəm ki, gələcəkdə Milli Məclisə gələn fəxri qonaqları da təltif etmək üçün medallar hazırlamalıyıq. Bu dövlətin xalqa olan münasibətinin göstəricisidir”.

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, medalın təsis edilməsi dar mənada izah edilməməlidir:

“Vaxtilə Bakıya qəhrəman şəhər adı verilməməsi SSRİ-nin günahı olub. Bakıya qəhrəman adının verilməsi Bakının qəhrəman olub-olmayacağı demək deyil. Biz dünyaya çatdırmalıyıq ki, bu qələbənin əldə olunmasında Bakı neftinin böyük əməyi olub. Bunu SSRİ-də etmədilər, çünki bu, Bakıya qarşı qısqanclığın nəticəsi idi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm