Nida Xəbər
Moskva Qarabağa görə Paşinyanı YERİNDƏ OTURTDU: İrəvana gözlənilməz zərbə
İyunun 1-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya
və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin
brifinqdə Azərbaycanın “Trend” İnformasiya Agentliyinin əməkdaşının
sualına verdiyi cavab Ermənistanda qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, azərbaycanlı jurnalist
“Ermənistanın baş naziri bu yaxınlarda verdiyi müsahibədə bildirdi
ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin
iştirakı olmadan qeyri-mümkündür. Belə bəyanatlar nizama salma
prosesini nə qədər ağırlaşdırır və tərəflərin ümumi dil tapmasına
mane olur?” deyə Kojinə sual ünvanlayıb.
Cavab: “Belə bəyanatlar ATƏT çərçivəsində aparılan danışıqlara
uyğun deyil və qeyri-konstruktivdir”.
Bu, faktiki olaraq, Rusiyanın Ermənistanın baş naziri Nikol
Paşinyanın Qarabağda yaradılmış qondarma rejimin danışıqlarda
iştirakına dair dediyi fikirlərə cavabıdır.
Ermənistan “lragir” saytı “Görünür, Rusiya Paşinyanın Qarabağla
bağlı dediklərinə hiddətini gizlədə bilmir, yaxud gizlətmir”, -
deyə yazıb.
Xüsusilə bu mövqenin Ermənistanın xarici işlər naziri Zoqrab
Mnasakanyanın 7 iyulda Moskvaya səfəri öncəsi səsləndirilməsi
diqqət çəkir.
Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının sədri
Armen Aşotyan isə bildirib ki, son 15 ildə Rusiyanın Qarabağ
probleminə belə reaksiyasını xatırlamır.
“Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsinin bizim
istədiyimiz kimi həllində heç bir rola malik deyil”, - deyə o
bildirib.
Asif
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto



















.jpg)

.jpg)




.webp)









