Nida Xəbər
İlham Əliyev və Paşinyanın... - Erməni ekspertdən Qarabağla bağlı QORXUNC XƏBƏRDARLIQ
“Dağlıq Qarabağda müharibə və ya, ən azından vəziyyətin kəskinləşməsi qaçılmazdır”.
Publika.az xəbər verir ki, bu haqda erməni ekspert Anna Mkrtçyan bildirib.
Onun sözlərinə görə, danışıqların xeyli vaxt ərzində aparılmaması və tərəflərin mövqelərinin sərtləşməsi belə pessimist proqnozlar üçün əsas kimi xidmət göstərir. Ekspert qeyd edir ki, Dağlıq Qarabağ üzrə yüksək səviyyədə danışıqlarda daxili siyasət hadisələrinə (Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçirildi, Ermənistanda isə Serj Sarkisyanın növbəti dəfə prezident seçilməsinə etiraz olaraq nümayişlər başlandı və nəticədə Nikol Paşinyan Sarkisyanı hakimiyyətdə uzaqlaşdırmağa nail oldu – red.) görə pauza yaranmışdı və güman edilirdi ki, yeni hakimiyyətin formalaşmasından sonra danışıqlar yeniləcək.
“Ancaq proseslər başqa inkişaf aldı. Azərbaycanda gözlənildiyi kimi, İlham Əliyev seçicilərin 80 faizindən çoxunun səsini alaraq prezident postuna yenidən seçildi. Ermənistanda isə inqilab dalğasında xalqın etibarını qazanan yeni hökumət yarandı və bu, Qarabağın münaqişəsinin nizama salması üzrə danışıqlara təsir etməyə bilməzdi”, - o qeyd edib.
Anna Mkrtçyan xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın (mayın 8-də baş nazir seçilmişdi – red.) Xankəndinə səfər etdi və qondarma “DQR”in danışıqların tamhüquqlu tərəfi olmasını tələbini səsləndirdi. Ekspert qeyd edir ki, sonradan bu ideya hökumət proqramında da əksini tapdı.
“Dağlıq Qarabağda müharibə yalnız vaxt məsələsidir”, - o hadisələrin gedişatını proqnozlaşdırıb.
Ömər Dağlı
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil


































.jpg)
.jpg)
