Nida Xəbər
Hikmət Hacıyev Azərbaycanın Ermənistana etdiyi ən böyük GÜZƏŞTİ AÇIQLADI
"Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə bir iddia irəli sürüb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin, sonra Emənistan öz güzəştləri barədə məlumat verə bilər. Paşinyanın diqqətinə çatdırmaq istərdik ki, Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır Ermənistanla danışıqları davam etdirməsi Azərbaycanın ən böyük güzəştidir".
Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır:
"Münaqişənin siyasi həllinə nail olmaq üçün ilk növbədə, işğal ləğv olunmalı və status-kvo dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik".
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR