Nida Xəbər
"Rusiya ilə Azərbaycan arasında əldə edilən razılaşma Ermənistanı küncə sıxacaq" - Politoloq
“Angela Merkelin regiona səfərinin və səfər çərçivəsində verdiyi bəyanatların ardından Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri olduqca mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova Rusiya-Azərbayacan arasında 2024-cü ilə qədər imzalanmış əməkdaşlıq haqqında müqavilənin perspektivlərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri və burada Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü olduqca mühüm bir dövrə təsadüf edir:
“Belə ki, regionda olduqca əhəmiyyətli mühüm proseslər baş verir. Region ölkələrindən olan Ermənistan da Gürcüstan kimi əvvəlki strategiyasından imtina edərək Qərbə inteqrasiya yolunu tutmağa çalışır. Artıq hər ikisi Rusiyanın maraqlarına qarşı çıxaraq, regionda onun maraqlarını inkar etməyə başlayıblar. Ötən həftə Almaniya kansleri Angela Merkelin regiona səfəri zamanı Avropa Birliyinin aparacı ölkələrindən birinin lideri kimi öz mövqeyini ortaya qoydu. Bütün bunlar əlbəttə ki, Rusiyanın maraq dairəsində olduğu üçün, prezidentimizin bu ərəfədə Rusiyaya rəsmi səfəri çox böyük əhəmiyyətə malikdir. Rusiya prezidenti Vladimir Putinin də görüş zamanı qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan bir çox məsələlərdə qarşılıqlı anlaşma, yaxın əməkdaşlıq çərçivəsində hərəkət edir. İmzalanan müqavilələrə nəzər yetirsək, görərik ki, bütün bunlar Şimal-Cənub Dəhlizi layihəsinin inkişafı üçün əhəmiyyətli dəstəkdir. Çünki Yaxın Şərq və Cənubi Asiya ölkələrinin İran, Azərbaycan və Rusiya vasitəsilə mallarının Qərbi Avropa bazarlarına çatdırılması onu göstərir ki, Azərbaycan Yaxın Şərq, Cənubi Asiya və Qərbi Avropa dövlətləri arasındakı ticarət dövriyyəsində mühüm rol oynayır. Putin özü də bunu qeyd etdi ki, 7 min kilometr sahəni əhatə edən Şimal-Cənub Dəhlizi layihəsinin ən mühüm hissəsi məhz Rusiya ilə Azərbaycan sərhədlərindən keçəcək. Bununla da Azərbaycan Qərbi Avropa, Yaxın Şərq və Asiya ölkələri arasında daha bir körpü rolunu oynayır. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir. Şimal-Cənub Dəhlizi layihəsində isə Azərbaycan inteqrasiya proseslərində daha mühüm rola sahib olacaq. Digər tərəfdən Rusiya Dağlıq Qarabağ məsələsinin həllində böyük rol oynaya biləcək dövlətdir. Onun həm siyasi təsir imkanları kifayət qədər güclüdür. Həm də Rusiya Azərbayacana 5 milyard dollar həcmində silah-sursat satıb. Bu isə ölkəmizin hərbi gücünün daha da təkmilləşdirilməsində, moderləşməsində önəmlidir. Dünya ölkələri sırasında Rusiya silah bazarında öz sözünü demiş ölkələrdəndir. Onun bu sahədə Azərbaycanla əməkdaşlığı, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasına, ordunun hərbi-texniki imkanlarının maksimum dərəcədə gücləndirilməsinə təkan verir”.
Politoloq liderlərin görüşünün Ermənistanın baş naziri postuna seçilən Paşinyanın Rusiyaya səfəri ərəfəsinə təsadüf etməsinə də diqqət çəkib:
“Bu artıq o deməkdir ki, Rusiya Azərbaycanla razılaşdı. Ölkə başçımızla aparılan danışıqların nəticələri əsasında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Paşinyanı istənilən mövzuda fakt qarşısında qoyacağı gözlənilir. Artıq Paşinyanın Rusiyaya səfəri Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı kimi deyil, tələb kimi qiynmətləndirilir. Belə ki, Rusiya tələb edəcək ki, Ermənistanın onun qarşısında götürdüyü, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhtəliklərinə əməl etsin. Mən belə düşünürəm ki, Paşinyanı qarşıda çox ağır sınaq gözləyir. Qarşısına qoyulacaq sınaqlar ona görə ağır olacaq ki, Ermənistanın iki əsas güc mərkəzi – ABŞ və Rusiya öhtəliklərinin yerinə yetirilməsini tələb edir. Təbii ki, bu tələblərin eyni zamanda gerçəkləşdirilməsi Ermənistan üçün qeyri-mümkündür. Bu isə onu göstərir ki, Rusiya kartları açıq oynayaraq Ermənistana savaş açıb. Paşinyanın səfəri də tələblərin bir parçasıdır. Sergey Lavrov da bu barədə öz çıxışında məlumat vermişdi. O bildirmişdi ki, Paşinyan Rusiya qarşısında çox ağır sınağa düşəcək. Bütün bunları nəzərə alsaq, prezident İlham Əliyevlə Vladimir Putinin bu dəfəki görüşünün nə dərəcə önəmli olduğunu anlamaq çətin deyil. Nəticə etibarilə iki ölkə arasında əldə edilən razılaşmalar Ermənistanın siyasi və geosiyasi baxımından küncə sıxışdırılmasına gətirib çıxaracaq”.
Könül
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...