Nida Xəbər
Milli Məclisin bəyanatı beynəlxalq parlament təşkilatlarına göndərildi
8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 31 oktyabr tarixli plenar iclasında qəbul edilmiş 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib.
Qeyd edilib ki, Bəyanatda 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edildiyi vurğulanır. Bəyanatda bildirilir ki, bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.
Sənəddə həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin İkinci Qarabağ müharibəsində qələbənin tarixi əhəmiyyətini qeyd edərək, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə etdiyi, Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyi vurğulanır.
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO




































