Nida Xəbər
Politoloq: "Türkdilli ölkələrin həmrəyliyi dünya sistemində söz sahibliyini artıracaq"
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti iclasında prezident İlham Əliyev dünya ölkələrini də Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizinə qoşulmağa dəvət edib”.
Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova Türkdilli Dövlətlərin Qırğızıstanda keçirilən 6-cı iclasını şərh edərkən deyib. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti iclasında Azərbaycanın da iştirakı qürurvericidir:
“Tədbirin bu dəfəki mövzusu idman sahəsi olub. Bu istiqamətdə əməkdaşlıq, eləcə də bir sıra digər məsələlər müzakirə edilib. Görüşün perspektivlərini ölkə başçımız İlham Əliyevin çıxışı üzərindən təhlil edən zaman biz görürük ki, burada iqtisadi, humanitar əməkdaşlıq və eyni zamanda investisiya məsələləri müzakirə olunub. Perspektivdə bu məsələlərə diqqət ayrılması nəzərdə tutulub. Azərbaycan prezidenti çıxışında bildirib ki, ölkəmiz bu günə qədər Türkiyəyə 14 milyard dollar dəyərində sərmayə yatırıb. Təxminən bir o qədər məbləğ də qarşı tərəfdən ölkəmizə gəlib. Yaxın gələcəkdə isə bu yatırımların həcminin 20 milyard dollar çatdırılması gözlənilir. Azərbaycanın Türkiyəyə yatırdğı sərmayələr Türkiyənin iqtisadi inkişafına kifayət qədər təkan verib. Türkiyə bu yaxınlarda iqtisadi sferada ABŞ tərəfindən ciddi təzyiqlərlə qarşı-qarşıya qaldı. Bu iqtisadi sahədə yarana biləcək problemlərin qarşısının alınmasında düzgün istiqamətdə siyasi addımların atılmasının böyük əhəmiyyəti oldu. Türkiyənin iqtisadi böhrandan mümkün qədər az zərərlə çıxmasında iqtisadiyyatının düzgün qurulmasının, türkdilli ölkələrlə, xüsusilə də Azərbaycanla iqtisadi sferada sıx əməkdaşlığın böyük rolu oldu. Bu baxımdan iki ölkə arasındakı tərəfdaşlıq olduqca önəmlidir”.
N.Məmmədova görüş çərçivəsində Bakı-Tbilisi-Qars layihəsinin də müzakirə edildiyini diqqətə çatdırıb:
“Azərbaycan prezidenti İlham Əliyev görüş zamanı “Bakı-Tbilis-Qars” dəmiryolu layihəsinə Türkiyə, Azərbaycanla yanaşı, digər ölkələrin də qoşulması təklifini irəli sürüb. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təsisçi ölkələrindən biri məhz Azərbaycandır. Bu 2009-cu ildə Naxçıvan sazişi əsasında yaradılmış bir təşkilatdır. 9 ildir fəaliyyət göstərən belə bir təşkilatın olması əlbəttə ki, türkdilli ölkələr arasındakı əməkdaşlığı, əlaqələri gücləndirir. Regional təhlükəsizlik məsələlərinə diqqət çəkən dövlət başçımız İlham Əliyev bu məsələdə türkdilli dövlətlərin də tərəfdaşlığının vacibliyini vurğulayıb. Hal-hazırda dünyada ən əsas və önəmli problemlərdən biri təhlükəsizlik məsələləridir. Burada bölgə ölkələri öz aralarında əməkdaşlıq edərək qlobal, regional təhdidlərə qarşı sağlam mövqe nümayiş etdirməlidirlər. Türkdilli ölkələrin etnik əsaslarla bir araya gəlməsi isə sözün əsl mənasında vacibdir. Perspektivdə siyasi, təhlükəsilik, humanitar, iqtisadi sahədə əməkdaşlıqların gücləndirilməsi istiqamətində gələcək görüşlərin keçirilməsi və bu birliyin dünya sisteminə təsirinin daha da artırılmasına çalışılacaqdır. Bu təşkilatın güclənməsi, inkişafı gələcəkdə türkdilli dövlətlərin dünya siyasətində, beynəlxalq sistemlərdə həmrəy çıxış etməsinə və güclü söz sahibi olmalarına gətirib çıxaracaq”.
Könül Cəfərli
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı

















.jpg)

















