Nida Xəbər
Əsgər Heydər Əliyev Mədət Quliyevlə birgə BABASININ MƏZARI ÖNÜNDƏ - FOTO/VİDEO - (YENİLƏNDİ)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.
Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildirdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında da mühüm xidmətləri var. Hələ sovet dövründə bu xidmətdə milliləşmə siyasətinin aparılmasında dahi şəxsiyyətin rolu böyükdür. Ulu Öndərin əsasını qoyduğu şanlı məktəbin ənənələrini qürur və şərəflə yaşadan DTX-nin şəxsi heyəti müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir və Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Bu gün xalqımız qəti əmindir ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni uğurlara imza atacaq və Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu əsgər Heydər Əliyev babası, Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Publika.az xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, habelə DTX-nın şəxsi heyəti, əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummili liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi feysbuk səhifəsinin paylaşdığı videonu təqdim edirik.
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın


































.jpg)


