Nida Xəbər
Azərbaycanın QDİƏT-ə sədrliyi dövründə... - Məmmədquliyev AÇIQLADI
Bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirildi. Azərbaycanın sədrliyi bu ilin iyulun 1-dən dekabrın 31-dək bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi şüarı altında baş tutacaq. Ölkəmizin sədrliyi zamanı QDİƏT məkanında və onun hüdudlarından kənarda bağlantılar məsələsinə xüsusi diqqət ayrılıb.
Publika.az xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iclasın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması, turizmin inkşafı ətrafında müzakirələr aparılıb: "Sədrlik çərçivəsində bugünkü görüş də daxil olmaqla dörd dəfə nazirlər, 21 tematik və xüsusi işci iclasları, müxtəlif tədbir və seminarlar keçirilib. Yanvarın 1-də sədrlik Bolqarıstana keçəcək. Çox istərdik ki, təşkilatımız fəallıq göstərsin Avropa İttifaqı səviyyəsində olsun. Şübhəsiz çətindir, amma üzərində işlənilsə, etmək olar. Həm QDİƏT və Avropa İttfaqı arasında əlaqələr, işçi qrupları var. Ona görə mümkün olduğunu deyirəm. Gərək öz təşkialtımız da fəal olsun. Artıq QDİƏT-in 26 yaşı var, bu müddət ərzində irəliləyiş əldə olunub və hesab edirik ki, daha çox irəliləyiş olacaq. Çünki təşkilat böyük yol keçib. Hər şey dəyişib. Ola bilsin islahatlar aparılsın və konkret prioritetlər müəyyənləşməlidir. İyirmidən çox işçi qrupu var. Elə qruplar var aylarla, illərlə iclas keçirmirlər. Niyə resurs və vaxtımızı sərf edək. Bu mənada prioritetlər konkretləşməlidir".
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?












.jpg)























