Nida Xəbər
Ermənistanın iclasda iştirak edən nümayəndəsi ilə... - Mahmud Məmmədquliyev
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin dekabrın 12-də qəbul etdiyi "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" adlı qətnaməyə münasibət bildirib.
Publika.az-ın xəbərinə görə, nazir müavini qeyd edib ki, bu qətnamə ilə münaqişələrin həlli istiqamətində heç bir fərqlilik olmamalıdır: "Əvvəllər qətnamələr qəbul olunanda qeyd edilirdi ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr beynəlxalq prinsiplər əsasında həll edilməlidir. Azərbaycana çatanda deyirdilər ki, ATƏT- in Minsk qrupu var və o, həll eləsin".
Onun sözlərinə görə, o zaman münaqişənin hansı norma və prinsiplər əsasında həllinə dair referens yox idi: "Avropa Parlamentinin qəbul etdiyi qətnamədə artıq qeyd olunur ki, dörd ölkənin ərazi bütövlüyünü tanıyır və fərq qoyulmadan bu ölkələrdə olan münaqişələr eyni prinsiplər ilə həll olunsun".
M.Məmmədquliyev qeyd edib ki, QDİƏT-ə üzv ölkələrdə mövcud olan münaqişələr sanki bir sədd yaradır və ölkələr arasında tam iqtisadi əməkdaşlığın qurulmasına maneə olur: "Biz QDİƏT çərçivəsində siyasi məsələləri həll etmirik. Bu iqtisadi qurumdur. Məhz buna görə Ermənistanın iclasda iştirak edən nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməmişik".
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi










.jpg)



























