Nida Xəbər
Qarabağı azad etmək PLANLARIMIZ VAR VƏ... - Türkiyə “dərin dövləti”nin ADAMI AÇIQLADI
Qondarma “erməni soyqırımı” ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində iddiaların yalan olduğunu sübut edən, Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek “Report”a müsahibə verib.
Publika.az Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek üsahibəsini təqdim edir:
- ABŞ-ın Kaliforniya ştatındakı erməni məktəbinə Türk bayrağı asanlara qarşı təhqiqat başlayıb. Polisin ittiham aktında “erməni soyqırımı” ilə yəhudi soyqırımı eyniləşdirilib. Bununla bağlı nə demək istərdiniz?
- Bizim 2008-ci ildəki şikayətimiz və 7 illik mübarizəmizdən sonra “erməni soyqırımı” iddiaları Avropanın gündəmindən çıxıb. Avropa İnsan Haqları Məhəkəməsinin (AİHM) İkinci Palatası, daha sonra isə Böyük Palatası 1915-ci ildə Osmanlı imperiyası torpaqlarında baş vermiş hadisələrin yəhudi soyqırımı ilə müqayisə edilə bilməyəcəyininə dair qərar qəbul edib. AİHM-in qəti qərarlarına görə,1915-ci il hadisələri soyqırımı deyildir. Çünki o hadisələrlə bağlı hər hansı yerli və ya beynəlxalq məhkəmənin qəbul etdiyi qərar yoxdur. Kaliforniyada Türklərə qarşı aparılan təhqiqatın heç bir hüquqi dəyəri yoxdur. Bu, erməniləri Türklərə qarşı qısqırdan, onların arxasında duraraq Türkiyə torpaqlarını parçalamağa çalışan amerikan imperializminin son çırpınışlarıdır. Kaliforniya prokurorluğu bu minvalla, oradakı ermənilərin könlünü xoş etmək istəyə bilər. Ancaq unudulmamalıdır ki, AİHM-in qərarları Avropa Şurasının üzvü olan ölkələr üçün məcburidir. ABŞ isə bu beynəlxalq qərara hörmət etmək məcburiyyətindədir. Məndən sonra Vətən Partiyası sədrinin müavini Əli Mərcanın da şikayəti ilə AİHM İsveçrəni bir daha məhkum etmişdir. İsveçrə parlamenti bununla bağlı olaraq qanunlarda dəyişikliklər etdi.İndi Avropanın istənilən ölkəsində qondarma “erməni soyqırımı” iddiaları gündəliyə gələn kimi, biz o ölkələrin qabağına AİHM qərarlarını qoyuruq.İsveçdə qazandığımız qələbə var. Almaniyadakı bir prosesdə mübarizəmizi davam etdiririk. Avropanın bəzi bələdiyyələri “erməni soyqırımı” abidələri qoymaq istəyirdilər, partiyamızın Avropadakı nümayəndəlikləri o dəqiqə səfərbər olaraq o təşəbbüslərin qabağını alırlar.Avropanın bütün ölkələrinin dəsrliklərindən qondarma “soyqırımı” məsələsini çıxartdıracağıq. Bir an əvvəl bu cür mənasız təşəbbüslərdən vaz keçilməlidir.
- Avropadakı təsirli mübarizənizi ABŞ-da nə vaxt davam etdirməyi planlaşdırırsınızmı?
- Bununla bağlı olaraq ABŞ-dakı nümayəndələrimiz lazımi hazırlıqları görürlər. Türkiyədən gedən nümayəndələrimiz ermənilərin kompakt yaşadıqları bölgələrdə “soyqırımı” böhtanlarına qarşı çıxışlar edirlər.Yaxın gələcəkdə ABŞ-ın bəzi ştatlarında qondarma “erməni soyqırımı”nın qanunlardan çıxarılması, məktəblərdə tədrisinin dayandırılmasına dair məhkəmələrə şikayət ərizələri verəcəyik.ABŞ demokratiyaya və insan haqlarına hörmət edirsə,ilk növbədə, AİHM qərarlarına hörmət etməlidir. Əslində AİHM-in iki qıərarı qondarma “erməni soyqırımı” iddiasını dünyanın gündəliyindən çıxarmışdır.
- 2002-ci ildən bəri Türkiyəyə qarşı “soyqırım” böhtanlarının əsas məqsədinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və ermənilərin törətdikləri Xocalı soyqırımını ört-basdır etmək olduğunu vurğulayırsınız. İndiki mərhələdə bu barədə nə demək istərdiniz?
- Azərbaycan bizim atalarımızın vətənidir, hamımızın vətənimizdir. Əziz vətən torpaqlarının erməni işğalı altında olması bizim üçün qəbuledilməz haldır. Torpaqların işğaldan azad edilməsi üçün Vətən Partiyasının lazımi hazırlıqları vardır. Bununla bağlı Rusiya dövləti ilə də lazımi danışıqlar aparırlır və məncə, artıq Rusiya da bu məsələdə həqiqətləri görməyə başlayır. Azərbaycandakı bacı-qardaşlarımız arxayın olsunlar: biz əziz vətən torpaqlarını erməni işğalından azad etmək üçün əlimizdən gələn hər şeyi edəcək və o torpaqlar mütləq işğaldan azad ediləcək. Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün daha fəal çalışacağımıza da heç kimin şübhəsi olmasın.
-
Nida Xəbər 19:20
Fəzail Ağamalıdan yayılan xəbərlərə REAKSİYA: “Utanmıram!”
-
Hadisə18:40
Bakı metrosunda yanğın təhlükəsi: sərnişinlər qatardan düşürüldü
-
İdman18:30
Qvardiola üzündəki cızıqlarla bağlı açıqlama verdi
-
Sosial18:00
Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək
-
Sosial17:33
1500 məktəb bağlanır? - Nazirdən açıqlama
-
Hadisə16:44
Faciəli şəkildə ölən Ramal 1-ci sinifdə oxuyurmuş - FOTO
-
Rəsmi xronika15:35
Azərbaycanda bu qanun dəyişdi - Prezident təsdiqlədi
-
ABŞ15:12
Baydenə ÇAĞIRIŞ: Tarixdə qalmaq istəyirsənsə, onu əfv et