Nida Xəbər
1 qəzet «qara siyahı»ya salındı - MŞ-da iclas
Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının «Təzadlar» qəzeti ilə bağlı «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.
Müzakirə zamanı bildirilib ki, «Təzadlar»ın fəaliyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır.
Qəzetin adı vaxtilə Şuranın «qara siyahı»sında yer alıb. MŞ-nin «Reket nəşrlər»in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı «qara siyahı»dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, «Təzadlar» qəzetinin adı yenidən Şuranın «qara siyahı»sına daxil edilsin.
Apellyasiya Komissiyası tərəfindən “Ailə”, “Avrotayms”, “Bakı press”, “Güzgü”, “Dünya kriminal” və “Obyektiv fikir” qəzetlərinin adlarının Şuranın “qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb. Bununla bağlı qərar yekdilliklə qəbul edilib.
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR