Nida Xəbər
ABŞ təyyarəsini İFLİC EDƏN SİLAH Azərbaycan Ordusunda - İrəvan QORXU İÇİNDƏ
Belarusun Azərbaycana “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S" radioelektron mübarizəsi üzrə ən yeni kompleksini satması ermənilərdə böyük qorxu yaratdı.
Publika.az xəbər verir ki, “news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyanın sözlərinə görə, “Qroza-S” istənilən növ pilotsuz uçuş aparatının idarəetməsinin ələ keçirilməsi üçün nəzərdə tutulub.
“Qroza-S”-ın imkanlarını göstərən erməni eksperti qeyd edib ki, iranlılar bu kompleksdən Suriyada ABŞ-a qarşı istifadə edib. Van Ambardzumyan qeyd edib ki, iranlılararın onun vasitəsiylə “MQ-9 Reaper” pilotsuz təyyarəsinin əlaqə kanallarını sındırmağı və yerə endirməyi bacarıblar.
Xatırladaq ki, Azərbaycanın “Qroza-S" kompleksini əldə etməsi ilə bağlı xəbəri ötən gün hərbi ekspert Aleksandr Alesin yayıb.
“Qroza-S” stansiyasının ictimai nümayişi 2017-ci il 20-22 may tarixlərində Minskdə keçirilən “MILEX-2017” beynəlxalq silah və hərbi texnika sərgisində baş tutub. Həmin vaxt “KB Radar” şirkətinin nümayəndələri bildirdilər ki, artıq xarici ölkələrdən biri ilə stansiyanın çatdırılması müqaviləsi bağlanıb. Həmin vaxt ölkənin adı açıqlanmamışdı, amma tezliklə aydın oldu ki, söhbət ehtimal ki, Azərbaycandan gedirdi.
“Qroza-S” Belarus ordusunun silahlanmasına 2017-ci ilin dekabrında daxil olub.
“Qroza-S” düşmənin müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarını (PUA) peyk rabitəsi və rabitə kanallarına maneələrin qoyulması vasitəsilə zərərsizləşdirmək üçündür. “Qroza-S” hazırda dünyada ən mükəmməl anti-PUA sistemi hesab olunur.
Ömər Dağlı
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?



























.webp)









