Nida Xəbər
Azərbaycan Ordusunun bu addımı İrəvanı SİLKƏLƏDİ: hücum hədəfli...
Azərbaycan ordusunun son təlimləri, üstəgəl Ermənistanla sərhəddi gücləndirməsi tədbirləri İrəvanı narahat edib.
Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
"Təsadüfi deyil ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyan martın 20-dəki brifinq zamanı qeyd edib ki, ATƏT-ə şikayət məktubu göndəriblər. Şikayət məktubunun məğzi belədir ki, bəs guya Azərbaycan beynəlxalq təşkilatları əvvəlcədən xəbərdar etmədən hücum hədəfli hərbi təlimlər keçirməklə beynəlxalq razılaşdırmalara zidd addım atıb. Erməni diplomat onu da deyib ki, Azərbaycanın Ermənistan sərhəddində yeni hərbi baza yaratması da bölgədə inam atmosferinin formalaşmasına xidmət etmir. Guya işğala məruz qalanla işğalçı arasında nəsə inam atmosferi var imiş. Bu açıqlamadan sonra Anna Naqdalyan şantaj xarakteli açıqlama verməklə müdafiə nazirləri Tonoyanın bir müddət əvvəlki bəyanatını təkrarlayıb: “Biz müdafiə olunmaq və əks zərbə vurmaq hüququnu özümüzdə saxlayırıq”.
Elxan Şahinoğlu qeyd edib ki, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir:
"Özləri üçün deyirlər. Hərbi təlimlər hüququmuzdur, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir. Ermənistan separatçılarla birgə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirəndə nə kiməsə xəbər verir, nə də beynəlxalq hüquqa istinad edir. Hərbi təlimlərin sayını və miqyasını artırmaq siyasətini davam etdirməliyik.
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO
-
Nida Xəbər 12:20Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi - Foto
-
Dünya11:28ABŞ təyyarələri İran sərhədində - Müharibə başlayır?
-
Dünya10:42ABŞ bu bölgədən geri çəkildi: Strateji baza onlara verildi


































.jpg)