Nida Xəbər
Bütün Yer kürəsi işıqsız qalacaq: Bakı 30 martda...
İqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə 2007-ci ildən bəri təşkil edilən “Dünya saatı” (Earth Hour) tədbiri bu il də baş tutacaq.
Publika.az xəbər verir ki, dünya ölkələri artıq bu çağırışın gerçəkləşdirilməsi üçün hazırlıqlar aparır.
Yer kürəsinin, təxminən, yarısında təşkil edilən bu tədbir müxtəlif günlərdə keçirilsə də, hər kəs təbiətin qorunub saxlanılması və ətraf mühitin vurduğu ziyanların az da olsa, aradan qaldırılması məqsədi ətrafında birləşir. “Dünya saatı” əsasən, 20:30-21:30 saatları arasında baş tutur.
Bir çox inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bu ekoloji hərəkata dəstək verəcək. Hərəkatın tarixi 30 mart 20:30-21:30-a müəyyənləşdirilib.
Azərbaycanda “Dünya Saatı” 2011-ci ildən bəri qeyd olunur və ətraf mühitə dəstək verən gənclər təşkilatları, qurumları və şirkətləri tərəfindən dəstəklənir. Hərəkat çərçivəsində bir saatlıq tarixi abidələrin və məkanların işıqları söndürülür.
Qeyd edək ki, iqlim dəyişikliyinin təbiətə təsirlərinin azaldılması üçün həyata keçirilən bu tədbirə ötən il toplamda 6 qitənin 135 ölkəsindən iki milyard insan qatılmışdı. 3 mindən çox qurum 1 saatlığa işıqları söndürmüşdü.
Tədbirdən daha ətraflı məlumat əldə etmək üçün sosial media platformalarında “#DünyaSaati” etiketi ilə paylaşılan postlara nəzər yetirə bilərsiniz.
Zümrüd
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı








.jpg)















.jpg)









.jpg)