Nida Xəbər
Nazir: "Dağlıq Qarabağ məsələsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlaya bilərik"
"Şərq Tərəfdaşlığı" ölkələri də Avropa İttifaqı ilə əməkdaşlığı artırmaqda maraqlıdırsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməlidir".
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı" üçüncü ölkələrin maraqlarını müdafiə etmir: "Hamımız öz maraqlarımızı gözləyirik. Hər halda Azərbaycanla bağlı məhz belədir. "Şərq Tərəfdaşlığı" ölkələri Aİ ilə əməkdaşlığı artırmağa maraqlıdırsa, münaqişələrin həllinə səy göstərmələri vacibdir".
“Bu gün səhər yeməyi zamanı və sonra da Aİ komisarı Yohannes Han ilə danışıqlar zamanı bu istiqamətdə nə edə biləcəyimizi, hansı layihələr həyata keçirə biləcəyimizi müzakirə etdik”, - nazir deyib.
E.Məmmədyarov Ermənistanın özünü demokrat sayan yeni hökumətinin də bu məcrada siyasi iradə göstərə biləcəyini qeyd edib: “Demokratik dövlət başqa ölkənin ərazisini işğal edə bilməz. Odur ki, Dağlıq Qarabağ nünaqişəsilə bağlı irəliləyişə nail olmaq üçün daha ciddi substantiv danışıqlar başlaya bilərik”. (report)
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı