Nida Xəbər
Sərhəd danışıqları Gürcüstanda davam etdiriləcək
Mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.
XİN-dən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib,
Gürcüstan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Gürcüstan hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.
Görüşdə həmçinin ekspertlər və hər iki ölkənin müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.
Dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb.
İclasın nəticələrinə dair tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.
Eləcə də tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi və dəyərləndirilməsi haqqında razılığa gəliblər.
Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Tarix diplomatik kanallar üzrə razılaşdırılacaq.
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video
-
Region02:00Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Yanlış addım atmamaq üçün diqqətli olun!
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal5 Oktyabr 20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman5 Oktyabr 19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az5 Oktyabr 19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin15 Oktyabr 19:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya



















.jpg)















.jpg)
