Nida Xəbər
“Danışan kitab”ın təqdimatı oldu
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sifarişi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin hazırladığı “Danışan kitab” saytının və mobil tətbiqetmənin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Danışan kitab”ın görmə imkanları məhdud uşaqlar üçün əhəmiyyətli olduğunu bildirərək, belə layihələrin ardıcıl olaraq davam etdiriləcəyini və gələcəkdə böyüklər üçün də belə tətbiqlərin hazırlanacağını söyləyib.
Daha sonra çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov belə bir proqrama böyük ehtiyac olduğunu vurğulayaraq, layihəyə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Elxan Mərdanlı isə layihənin daha da inkişaf etdirilməsi üçün ölkəmizdəki mobil operatorları da əməkdaşlığa dəvət edib.
“Azərbaycanda ilk dəfə olaraq səsli və toxunaraq idarə olunan və pulsuz istifadə edilən mobil tətbiq hazırladıq ki, görmə imkanları məhdud insanlar heç kimin köməyi olmadan bundan rahat şəkildə istifadə edə bilsinlər”, - o qeyd edib.
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı








.jpg)








.jpg)




.jpg)
















