Nida Xəbər
“Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına həll olunmalıdır”
“Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına və qardaşlıq mühitində həll olunmalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Gürcüstanın “Rustavi 2” televiziya kanalına açıqlamasında bildirib.
Nazir müavini deyib ki, Azərbaycanın Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və Azərbaycan qonşu ölkənin ən böyük investorudur.
O qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan bu mövqeyini hər zaman dəqiq və aydın ifadə edir. Lakin təəssüflər olsun ki, Gürcüstan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini hər zaman bildirmir. Sonuncu dəfə Avropa Şurası Nazirlər Komitəsinin bu ilin mayında Finlandiyada keçirilən sessiyasında bunun şahidi olmuşuq”.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi










.jpg)



























