Nida Xəbər
“Fitoterapevtlər mətbuatın dostudur” adlı tədbir keçirildi - FOTO
Azərbaycan Fitoterapevtlər Cəmiyyətinin, Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının və Millixəbər.az İnformasiya portalının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ilk Təbiətşünas Alim, Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaiyyətindən bəhs edən “Fitoterapevtlər mətbuatın dostudur” tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Fitoterapevtlər Cəmiyyəti”nin sədri, “Nərgiz Klinkası”nın baş həkimi,tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova mətbuat işçilərinin peşə bayramı münasibətilə təbrik etdi.Natiq Həsən bəyin təbabət sahəsindəki fəaliyyətindən,Torpaq,su və hava haqında əsərindən, insan sağlamlığında rolundan və tibbi maarifləndirici yönümdəki fəaliyyətindən söz açdı.
Sonra Millixəbər.az-ın rəhbəri Zamin Zeynal çıxış edərək Həsən bəy Zərabinin təbabət sahəsindəki fəaliyyəti ilə yanaşı Mədəniyyət,Mətbuat tariximizdə önəmli xidmətlərinən danışaraq qeyd edib ki,Həsən bəy Zərdabinin həyati və faliyyəti indiki dövrümüzdə çalışan jurnalislər üçün örnəkdir.Baş redaktor Dövlət Başçısı İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan,jurnalistlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması yönümündə fəaliyyətindən söz açdı.Z.Zeynal Fitoterapevtlər cəmiyyətinin sədri Məlahət Qəhrəmanovaya və Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayevaya birgə tədbiri reallaşdırmaqda etdikləri təşkilati dəstəyə görə öz dərin təşəkkürünü bildirdi. Tədbirdə Səkinə Babayeva Jurnalistlərin peşə bayramlarını təbrik edərək,onlara iti qələm arzuladı.Jurnalistlərlə peşəkar,səmərəli,milli maraqlara xidmət yönümündə işgüzar əməkdaşlığın vacibliyindən danışdı.Səkinə xanım Zamin Zeynalın birgə tədbir keçirməklə bağlı bu cür təşəbbüsünü yüksək qiymətləndirdiyini xüsusi olaraq vurğuladı. Sonra çıxış edən natiqlər, Həsən bəy Zərdabinin çoxşaxəli fəaliyyətindən,peşəkar jurnalistlərin cəmiyyətin informasiya ilə təminatı yönümündə önəmli xidmətlərindən ağız dolusu danışdılar.
Sonda tədbirin təşkilatçıları tərəfindən jurnalistlər diplom və hədiyyələrə layiq görüldülər.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...













.jpg)


















.jpg)
.jpg)

