Nida Xəbər
Səfirimiz Əbdüləziz Əl-Tüveycriyə medal təqdim etdi
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Əbdüləziz Əl-Tüveycrinin ölkəmiz ilə İSESKO arasında münasibətlərin inkişafı istiqamətində fəaliyyətinin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Həmçinin Əbdüləziz Əl-Tüveycrinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı hər zaman ölkəmizin mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirdiyi, dəfələrlə müvafiq bəyanatlar verdiyi qeyd olunub. İSESKO-nun sabiq baş direktoruna “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilib.
Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan Əbdüləziz Əl-Tüveycri İSESKO-nun baş direktoru vəzifəsində çalışdığı müddətdə ona hərtərəfli dəstək göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.
-
Avropa22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin120:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ

































