MDB
İlham Əliyev Putinlə ayaqüstü söhbət etdi
Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda, Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammitinin keçirildiyi məkanda Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ayrıca “ayaqüstü” söhbət edib”, - Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Daha əvvəl Vladimir Putin Türkmənistanda ölkə Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Liderlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Oktyabrın 8-də Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasında və Xəzər ekoloji sammitində iştirak etmək üçün Türkmənistana gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiya dövlət başçısı ilə görüşəcəyini açıqlayıb.
Hüseyn İbadlı
-
İKT23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin120:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ





































