Avropa
İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
Londonda 71 yaşlı ev işçisinə İordaniya şahzadəsi Firyal İrşaidin evindən zinət əşyalarını oğurlamaq ittihamı irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mariya Virxelina Taborda Enao şahzadənin yanında 11 il işləyib. 2020-ci ilin martında İrşaid COVID-19 virusunun yayılması səbəbindən Londondan gedib, Enao isə onun evinə nəzarət etmək üçün orada qalıb.
2020-ci il noyabrın 21-də şahzadə zinət əşyalarının onun xəbəri olmadan hərracda satıldığını qəfil öyrənib. O, dərhal polisə məlumat verib və əməkdaşlar əsas şübhəli Enaonun evində axtarış aparıblar.
Polislər qadının mətbəx şkafında qiymətli daşlarla bəzədilmiş boyunbağı və sırğaların olduğu zərf aşkar ediblər. Enaonun paltosunda isə İrşaidə məxsus nişan üzüyü olub. Şahzadənin sözlərinə görə, bütün bu müddət ərzində o, üzüyü sadəcə itirdiyinə əmin olub.
Məlum olub ki, Enaoya onun qardaşı oğlu Culian Ramirez kömək edib. O, oğurlanmış zinət əşyalarının satışından təxminən 90 min funt sterlinq əldə edib.
Hüseyn İbadlı
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial8 Oktyabr 19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO






































