Tramp "Google"un adını məsxərəyə qoydu
Bizi izləyin

İKT

Tramp "Google"un adını məsxərəyə qoydu

Tramp "Google"un adını məsxərəyə qoydu

ABŞ prezidenti Donald Tramp Google adını ilk dəfə eşidəndə gülünc hesab etdiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Bu adı ilk dəfə eşidəndə dedim: “Yəqin ki, zarafat edirsiniz!”, - deyə ABŞ lideri bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ən iri Amerika texnologiya şirkətlərinin süni intellekt (Sİ) sahəsində könüllü özünütənzimləmə ilə bağlı saziş imzaladıqlarını bildirib. Sənəd “Ağ Evin superintellekt üzrə sazişi” adlandırılıb. Saziş şirkətlərin qabaqcıl Sİ modellərinin hazırlanması və istifadəsinə nəzarət etmək üçün daxili mexanizmlər yaratmasını nəzərdə tutur.

Tramp əldə olunan razılaşmaları “mənəvi baxımdan məcburi” adlandırıb. Sazişi imzalayanlar arasında "Nvidia", "OpenAI", "Anthropic", "Google", "XAI" və "Meta" şirkətlərinin rəhbərləri də var. Şirkətlər modellərin təlimi zamanı daxili nəzarət prosedurlarını tətbiq etməyi, Sİ sistemlərinin təhlükəsizliyinə nəzarət üçün xüsusi komandalar yaratmağı və bu mexanizmlərin yoxlanılması üçün müstəqil auditorları cəlb etməyi öhdələrinə götürüblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm