Nida Xəbər
“AzerGold” ilə ADAU arasında memorandum imzalandı
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair görüş keçirilmişdir. Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov iştirak ediblər.
Publika.az-a verilən məlumata görə, tərəflər arasında imzalanan memorandum ADAU-nun tələbələrinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçməsini, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasını, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində əməkdaşlığı əhatə edir. Tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrinin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislər hazırlanacaq, birgə simpozium və konfranslar təşkil olunacaq, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi aparılacaq, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən masterklasslar təşkil olunacaq.
Qeyd edək ki, “AzerGold” QSC artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “ADA” Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ilə geniş və çoxşaxəli əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində Çovdar filiz emalı sahəsinə tanıtım səfərləri, təcrübə proqramları, master-klasslar, təcrübə mübadiləsi təşkil olunur. Bu günədək universitetlərlə qurulan əməkdaşlıq çərçivəsində 100-dən çox tələbə dağ-mədən mühəndisliyi, geoloji kəşfiyyat, iqtisadiyyat, ictimaiyyətlə əlaqələr, mühəndis sistemləri və qurğularının tikintisi, insan resurslarının və biznesin idarəolunması sahələrində “AzerGold” QSC-də təcrübə keçərək praktiki biliklər əldə ediblər.
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq








.jpg)



























