Nida Xəbər
Jalə Əliyevadan erməni deputatlara SƏRT ETİRAZ
“Qədim Qarabağ torpağının ermənistanlı deputat tərəfindən “Artsax” adlandırılması və guya “Artsax”da “demokratik seçkilər” keçirildiyini təşkilatın qarşısında elan etməsi, məncə, həm burada oturan təşkilat üzvlərinə, həm də əzəli Azərbaycan torpağı olan Qarabağda 30 ildən çoxdur qaçqın və köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımıza hörmətsizlikdir…”
Publika.az xəbər verir ki, bunu Azərbaycan Qara Dəniz İqtisadi Əmək Təşkilatı Parlament Məclisinin (QDİƏT PA) 54-cü Bas Assambleyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, professor Jalə Əliyeva deyib.
"QDİƏT PA 26 ildir fəaliyyətdədir. Mən 14 ildir bu təşkilatın Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu təşkilatda hər zaman dostluq, anlayış hökm sürüb. Fikir və təkliflərə hörmətlə yanaşılıb. Əməkdaşlığımız bu təşkilatın daxili qaydaları, daxili nizamnaməsi çərçivəsində qurulub.
Bəli, təşkilatın adı – iqtisadi əməkdaşlığı əhatə edir. Amma gəlin qəbul edək ki, siyasi fəaliyyətlər və siyasi qərarlar olmadan iqtisadi nailiyyətlər əldə edilməsi mümkün deyil. Yəni, hər bir ölkənin iqtisadi rifah halı, inkişafı, həmin ölkədəki siyasi vəziyyətlə, o ölkədə mövcud olan stabillik, əmin-amanlıq, sülh şəraiti ilə birbaşa bağlıdır".
Millət vəkili qeyd edib ki, üzv ölkələrdən hər hansı birində mövcud olan qeyri-stabil vəziyyət, münaqişələr, sadəcə, ölkələri, xalqları təsir altına almaqla bitmir, bölgədəki vəziyyəti, hətta, dünya düzənini - səhmanını da təhdid edir.
“Bizlər, parlament üzvləri olaraq, bu kimi hallara son verilməsi üçün çözüm yolları axtarmaq, dünyamızın daha yüksək bir səviyyə çatması üçün buradayıq. Qurucu olmaq üçün buradayıq! Qırıcı olmaq üçün deyil!
Ölkələrimizin dünya toplumu, Birləşmiş Millətlər Təkilatı tərəfindən qəbul edilmiş sərhədləri mövcuddur və bu sərhədlər bu gün də de-fakto dəyişmiş olsa da, de-yure dəyişməz olaraq qalır. Bu halda, qədim Qarabağ torpağının ermənistanlı deputat tərəfindən “Artsax” adlandırılması və guya “Artsax”da “demokratik seçkilər” keçirildiyini təşkilatın qarşısında elan etməsi, məncə, həm burada oturan təşkilat üzvlərinə, həm də əzəli Azərbaycan torpağı olan Qarabağda 30 ildən çoxdur qaçqın və köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımıza hörmətsizlikdir. Ən əsası isə bu açıqlama BMT qətnamələrinə, insan hüquqlarına ziddir.
Unutmayaq ki, erməni həmkarımızın adlandırdığı “Artsax” bu gün dünyanın heç bir ölkəsi tərəfindən, hətta, Ermənistan tərəfindən də tanınmamaqdadır. Toplantımızın mövzusu olan “Qara Dəniz hövzəsi ölkələrində işsizlik və onun aradan qaldırılması”na gəlincə, çıxışımın əvvəlində də dediyim kimi, ötən iclasda bu mövzuda geniş çıxış etdiyimiz və Təşkilatın Katibliyinə ölkəmizin ətraflı hesabatını təqdim etdiyimiz üçün məlumatları təkrarlamağa lüzum görmürük.
Azərbaycanda hər bir ölkə vətəndaşını əhatə edən çox nəhəng sosial layihələr həyata keçirilir. Ölkə rəhbərliyi vətəndaşının, sadəcə, bu günü deyil, sabahının da təmin edilməsi üçün, ölkədə rifah halının yüksəlməsi üçün analoqu olmayan addımlar atılır. Və bu nailiyyətlər Azərbaycanı, sadəcə, bölgənin deyil, həm də dünyanın üstün ölkələri sırasına çıxarır!”-deyə, J. Əliyeva çıxışını yekunlaşdırıb.
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur





































