Nida Xəbər
YAP-da İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı sərgi açıldı - - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Nəsimi ili” ilə bağlı dahi şairə həsr olunmuş “Nəsimi gənc rəssamların gözü ilə” adlı sərginin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə çıxış edən YAP icraçı katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, vaxtilə ümumilli lider Heydər Əliyev tərəfindən incəsənətə göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Bilirsiniz ki, Azərbaycan Prezidenti tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı fərman imzalanıb.
Həmçinin, bu il Nəsiminin 650 illik yubileyi qeyd olunur. Bu çərçivədə ölkəmizdə çoxsaylı tədbirlər keçirilir. Xüsusilə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət və qayğı göstərilir. Azərbaycanın bütün rəssamları ilə işlər aparılır, onların sərgiləri təşkil olunur, əsərləri bütün dünyaya tanıdılır. Müxtəlif ölkələrdə Azərbaycan günləri keçirilir. Azərbaycanın mədəniyyət nümunələrinin UNESO-nun Dünya İrs Siyahısına daxil edilməsi ölkəmizin dünya ölkələri arasında apardığı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir”.
Heykəltəraşlıq Akademiyasının rektoru Ömər Eldarov sərginin "Nəsimi ili" çərçivəsində keçirilən mühüm tədbirlərdən biri adlandırıb. O qeyd edib ki, rəssamlar bu əsərləri Nəsimi yaradacılığını duyaraq, onu dərindən mənimsəyərək ərsəyə gətiriblər. O, Azərbaycan rəssamlarının və heykəltəraşlarının keçmiş sovet məkanında və hətta dünyada ən istedadlı rəssam və heykəltəraşlardan olduqlarını vurğulayıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının öyrənilməsinin ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə böyük şairin anadan olmasının 600 illlik yubileyi təntənəli şəkildə qeyd olunub: “Nəsiminin adının əbədiləşdiirlməsi, Nəsimi ilə bağlı filmin çəkilməsi də həmin dövrə təsadüf edir. Bilirsiniz ki, bu il Azərbaycanda “Nəsimi ili”dir. İl ərzində bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib. Bu tədbir də həmin silsilədən olan bir tədbirdir. Bundan sonra da bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub”.
Daha sonra əsərləri sərgilənən rəssamların təltif edilməsi olub.
Səxavət
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


