Elvin İsayev ictimaiyyətə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Elvin İsayev ictimaiyyətə müraciət etdi

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb.

Tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.

E.İsayevin vəkili vasitəsilə Publika.az-a göndərdiyi müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.

Elvin İsayevin redaksiyamıza ünvanladığı müraciətinin şəklini və mətnini təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm