Nida Xəbər
ABŞ-ın daha bir ştatının Senatı 20 Yanvar faciəsi ilə bağlı bəyannamə qəbul etdi
ABŞ-ın Nyu-Meksiko Ştat Senatı fevralın 4-də Qara Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı geniş bəyannamə qəbul edib.
Bu barədə Publika.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bəyannamədə faciə kəskin şəkildə pislənilərək, azadlıq mübarizəmizin ilk qurbanlarının xatirəsi hörmətlə anılıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamə Senatın plenar iclasında qəbul olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Nyu-Meksiko Ştat Senatının rəhbərliyinə məktub ünvanlayaraq, bu tarixi bəyannaməyə görə amerikalı senatorlara təşəkkürünü bildirib.
Senatın plenar iclasında oxunan bəyannamədə 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, ancaq iki il sonra bolşevik işğalı nəticəsində müstəqilliyinə son qoyulduğunu və 71 il ərzində Azərbaycanın Sovet əsarətində qaldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqının azadlıq arzularını boğmaq üçün 1990-ci ilin 20 yanvar tarixində 26 minlik Sovet qoşunu Bakıda mülki əhaliyə qarşı amansız qırğın törədərək, aralarında uşaqlar, qadınlar və yaşlılar da olan böyük sayda günahsız insanı qətlə yetirib. Vurğulanır ki, bu qətliam azadlıq uğrunda mübarizədə Azərbaycan xalqının qətiyyətini daha da gücləndirərək, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsinə gətirib çıxarıb.
Həmçinin, sənəddə qeyd olunur ki, Azərbaycan bu gün ABŞ-ın regional müttəfiqi və dostudur və Nyu Meksiko ştatında baş konsul və fəxri konsul vasitəsilə təmsil olunan Azərbaycan bu ştat ilə son illərdə güclü münasibətlər qurub.
Bəyannamənin sonunda vurğulanır ki, Nyu-Meksiko Senatı Qara Yanvar faciəsinin 30-cu ildönümünü və Azərbaycanın azadlıq və müstəqillik mübarizəsinin qurbanlarının xatirəsini hörmətlə anır.
Qeyd edək ki, Azərbaycanın Nyu-Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib. Bəyannamə senator Ortiz i Pino tərəfindən fəxri konsula təqdim olunub.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı