Nida Xəbər
Sabiq nazirin oğlunun namizədliyi LƏĞV EDİLDİ
MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürən bitərəf Rəşad Camalovun ikili vətəndaşlığının olması ilə bağlı DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb.
Publika.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, R.Camalov DSK-ya təqdim etdiyi məlumatlarda yalnız Azərbaycan Respublikasının vətəndaşlığının olduğunu, ikili vətəndaşlığının olmadığını və öhdəlik ərizəsində başqa dövlətlər qarşısında öhdəliyinin olmadığını bildirib: “Ancaq sonra məlum olub ki, ona 2006-cı ildə Rusiya vətəndaşlığının olması ilə bağlı pasport verilib. Bu da Azərbaycan Konstitusiyasına ziddir”.
A.Muxtarova 46 saylı Şirvan şəhər Dairə Seçki Komissiyasının R.Camalovun namizədliyinin qeydə alınmasına dair qərarının ləğv edilməsini təklif edib. MSK sədrinin müavini aşkarlanan faktın təəssüf doğurduğunu, seçiciləri məyus etdiyini və xoşagəlməz bir hal olduğunu vurğuılayıb.
MSK sədri Məzahir Pənahov deyib ki, ikili vətəndaşlığın olmaması konstitusion prinsipdir.
Müzakirələrdən sonra R.Camalovun namizədliyinin ləğv edilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, R.Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.
Səxavət
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı
















.jpg)



















