Nida Xəbər
Prezidentin icra başçısı təyin etdiyi 30 yaşlı gənc kimdir? - DOSYE/FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
MirHəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub.
İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) Regionlarla iş üzrə departament sədri vəzifəsini daşıyıb və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirib.
2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam edib. 2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.
MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb. 2017-ci il 4 mart tarixində ölkə başçısı tərəfindən verilmiş sərəncama əsasən, Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2017-ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür. 2018-ci ilin 8 yanvarından etibarən MirHəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunub.
2019-cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?

















.jpg)






.jpg)


.jpg)







