Nida Xəbər
Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi - ŞƏRH
“Hər bir kəsin borcu özünü və başqalarını virusdan qorumaq, bunun üçün lazım olan vasitələrdən istifadə etməkdir”.
Bunu Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor Prezident İlham Əliyevin tibbi maskadan istifadəsinin cəmiyyətə xüsusi mesaj olduğunu vurğulayıb:
“Koronavirusun tüğyan etdiyi ilk gündən bu vaxta qədər, təxminən 3 ay müddətində birinci dəfə idi ki, ölkə başçısının tibbi qoruyucu maskadan istifadə etməsinə şahid olduq. Şəxsən bu nüansa kiçik addım kimi baxmadım. Bunu ölkədə koronavirusa qarşı mübarizənin həlledici mərhələdə olduğunu ifadə edən bir rəmz kimi qəbul etmək olar. Bu, eyni zamanda cəmiyyətə yeni tip virusla mübarizədə maksimum qaydada məsuliyyətli olmağa çağırışdır. Prezidentin qoruyucu maskada olması koronavirusa qarşı mübarizə qaydalarına məsuliyyətli münasibətin göstəricisidir.
Hələ də qoruyucu üsullara, o cümlədən maskalara qeyri-ciddi yanaşanlara və belə bir virus yoxmuş kimi davrananlara çox ciddi bir mesaj oldu.
Fikrimcə, Prezidentin tibbi maskadan istifadəsi Azərbaycan cəmiyyətinə koronavirusla mübarizənin həlledici mərhələyə daxil olduğu barədə çağırışdır. Hər kəs bu nüansdan nümunə götürməlidir”.
Məhərrəm
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?























.jpg)










.jpg)

