Nida Xəbər
Ukrayna Azərbaycana təşəkkür etdi
Ukraynanın Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüşüb.
Azərbaycanın Ukraynadakı səfirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəniyyət, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri müzakirə edilib.
Ə.Caparova vurğulayıb ki, pandemiya dövründə Azərbaycan Ukraynaya digər ölkələrlə müqayisədə ən böyük humanitar yardım edib. Buna görə Azərbaycan dövlətinə təşəkkürünü çatdıran Ə.Caparova iki ölkə arasında əməkdaşlığın inkişafından məmnun olduqlarını ifadə edib. Bildirib ki, Ukrayna böyük səbirsizliklə Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfərini gözləyir.
GUAM-a üzv dövlətlərin əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyinə toxunan Ukrayna Xarici İşlər nazirinin birinci müavini bu təşkilat çərçivəsində hökumət rəhbərlərinin növbəti görüşünün keçirilməsinin vacib olduğunu söyləyib.
Səfir E.Axundova Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Səfir Azərbaycan və Ukraynanın ikitərəfli və beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiyini xatırladaraq, ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına dair nümayiş etdirdiyi mövqeyə görə rəsmi Kiyevə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Ukraynanın beynəlxalq platformada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Görüşdə tərəflər iki ölkənin bir-birlərinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəklədiklərini bir daha bəyan ediblər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
