Nida Xəbər
Moskvadakı soydaşlarımız Ermənistanın təxribatına sərt etiraz edirlər
İşğalçı dövlət olan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirib.
Publika.az xəbər verir ki, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev bildirib ki, doğma Azərbaycanda, xüsusilə də cəbhə bölgəsində baş verən hər bir hadisə Rusiyada yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, Tovuz istiqamətində gedən qanlı döyüşlər əsl erməni təxribatıdır və Rusiya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənilir.
Qeyd edək ki, dünəndən başlayaraq Rusiyadakı həmyerlilərimiz sosial media şəbəkələri və internet resursları vasitəsilə ölkə ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırmaqdadır.
Təxribatın Dağlıq Qarabağ regionundan 100 kilometrlərlə kənarda – Azərbaycan-Ermənistan sərhəddində baş verməsi, dinc əhalinin yaşadığı məntəqələrin atəşə tutulması, beynəlxalq hüquqa və normalara zidd olmaqla yanaşı, Ermənistan dövlətinin işğalçı mahiyyətini bir daha ifadə edir. Bundan başqa, bu təxribatı törətməklə Ermənistan hakimiyyətinin BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşı riyakarlığını bir daha nümayiş etdirir.
Soydaşlarımız bildiriblər ki, görüntü naminə danışıqlar aparan ATƏT-in Minsk qrupunu, bu təxribata, bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə laqeydlik nümayiş etdirən Avropa Şurasını qınayırlar və bütün beynəlxalq qurumlardan Ermənistanın təxribatlarına və işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsini, ölkəmizin ərazi bürövlüyünün bərpa olunmasını tələb ediblər.
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi
-
Maraq dünyası04:24İnsanlar yazda niyə sevgiyə can atırlar? - İlginc səbəblər
-
Magazin203:43Teylor Svift gəlinlik seçərkən ondan ilhamlanıb - FOTO
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
















.webp)





















