Nida Xəbər
"Food City"də bir nəfər də erməni yoxdur, görüntülər yalandı - İlham Rəhimov - - VİDEO
Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Moskva şəhərində fəaliyyət göstərən “Fud siti” topdansatış bazasına erməni ticarətçilər buraxılmır. Bu qərarı sözügedən bazarın azərbaycanlı sahibləri İlham Rəhimov və yəhudu əsilli iş adam Qod Nisanov veriblər. Məlumatı İlham Rəhimov şəxsən özü də təsdiqləyib.
O, ötən gün jurnalist Aygün Muradxanlıya verdiyi müsahibədə məsələnin detallarını ictimaiyyətə izah edib. Əsas səbəb kimi Ermənistanın Tovuz rayonuna son hücumu göstərilib.
İyulun 18-də sosial şəbəkələrdə erməni ticarətçilərin guya “Fud siti”yə geri döndükləri, orada məhsul satdıqları haqda video yayılıb. Bununla bağlı jurnalist Aygün Muradxanlı professor İlham Rəhimovdan açılqama alaraq özünün Feysbuk hesabında paylaşıb.
"Bu görüntülər, yəqin ki, bir erməni provakasiyasıdır. Bir neçə dəqiqə öncə professor İlham Rəhimovla danışdım. Bu videonu çəkən axtarılır... Dediklərini nöqtə-vergülünə toxunmadan paylaşıram: ”Bu çəkilişi mənə də göndərmişdilər. Dərhal göstəriş verdim ki, provakasiyanı kimlərin təşkil etdiyi araşdırılsın. Food City-də bir nəfər də erməni yoxdur. Qərarımız qüvvədədir - heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır. Food City-nin işlətməçilərinə bununla bağlı tapşırıq verilib. Provakasiya yersizdir”.
Yada salım ki, artıq 3 gündür, Avropanın ən böyük topdansatış mərkəzi olan Food City-də Ermənistan məhsullarının satışı dayandırılıb. Bu, Ermənistan iqtisadiyyatı üçün böyük itkidir", - jurnalist yazıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
































