Elm və təhsil
Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
Baş naziri Əli Əsədov dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi və hər bir şagirdə düşən illik təhsil xərclərinin miqdarı ilə bağlı müvafiq qərar imzalayıb.
Publika.az xəbər verir ki, sənədə əsasən, ümumi təhsil müəssisələrinin növlərinə görə hər bir təhsilalana düşən illik baza təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib:
Tam orta ümumtəhsil məktəbi - 2000 manat
Lisey - 2200 manat
Gimnaziya - 2200 manat
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat
İnternat tipli lisey - 3000 manat
İnternat tipli gimnaziya - 3000 manat
Sənəddə qeyd olunub ki, müəyyən edilmiş bu məbləğlər ilkin baza məbləğləridir. Məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi zamanı təhsilin ayrı-ayrı səviyyələrinə (ibtidai, ümumi orta, tam orta) uyğun olaraq bu rəqəmlərin üzərinə xüsusi artım əmsalları tətbiq ediləcək.
Sözügedən qərar 2026-cı il sentyabrın 15-dən etibarən qüvvədə hesab edilərək tətbiq olunur.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi






.jpg)






























