Sosial
Bu şəxslər maaşları qədər pensiya alacaq
"Əmək pensiyaları haqqında” Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hakimlərə, deputatlara və müharibə əlillərinə şamil edilir.
Maaşın 100 faizi həcmində pensiya alan kateqoriyalar
Hərbi xidmət və ya xüsusi qulluq vəzifələrini yerinə yetirərkən xəsarət alması və ya xəstələnməsi nəticəsində I qrup əlilliyi müəyyən olunmuş hərbi və xüsusi rütbəli şəxslərə pensiya onların xidmətdən azad edildiyi günə olan təminat xərcliyinin tam həcmində hesablanır.
Məhkəmə hakimləri haqqında normativ aktlara əsasən, səlahiyyət müddətində sağlamlıq vəziyyətinə görə vəzifədən azad olunan və ya yaş həddinə çataraq istefaya çıxan hakimlər üçün saxlanılan əməkhaqqı əsasında tam həcmdə ödəniş nəzərdə tutulur.
Maaşın 80 faizi həcmində pensiya alan kateqoriyalar
Tələb olunan minimum qulluq stajını toplayaraq pensiyaya çıxan dövlət qulluqçularının qulluq stajına görə əlavələrlə birgə pensiyası onların orta aylıq əməkhaqqının maksimum bu həddində tənzimlənir.
Milli Məclisin sabiq deputatları, İnsan Hüquqları üzrə Müvəkkil, Mərkəzi Seçki Komissiyasının və Audit Palatasının üzvləri üçün ödənilən qulluq stajı əlavələri də vəzifə maaşının 80 faizi həddini keçməmək şartilə müəyyənləşdirilir.
Qanunla müəyyən edilmiş uzunmüddətli xidmət illərini tamamlayan hərbi qulluqçuların, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyaları qulluq stajından asılı olaraq təminat xərcliyinin 80 faizinədək artırılır.
Hərbi xidmət və ya müharibə ilə əlaqədar II qrup əlilliyi təyin olunmuş şəxslərin pensiya təminatı da sonuncu təminat xərcliyinin 80 faizi miqdarında hesablanır.
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















