Nida Xəbər
Soydaşlarımız ermənilərə informasiya məkanında çox güclü zərbələr vurub - Rauf Zeyni
"Ölkəmizə qarşı ermənilərin təxribatı ilə əlaqədar olaraq, bütövlükdə Azərbaycan həqiqətlərinin, erməni təxribatı nəticəsində baş verən hadisələr haqqında gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması məsələsində Qeyri-Hökumət Təşkilatlarının böyük rolu var".
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O bildirib ki, hazırda vətəndaş cəmiyyəti, diaspora nümayəndələri, kompüter texnologiyasından, İKT imkanlarından geniş istifadə edən gənclərimiz, könüllülərimiz pandemdiya zamanı ev şəraitində işləyirlər və informasiya müharibəsində öz xidmətlərini göstərirlər:
“Dəfələrlə bu illər ərzində gənclər, könüllülər, QHT nümayəndələri bu istiqamətdə işlər aparıblar və bu gün də aparırlar. O cümlədən, sosial şəbəkələrdə Azərbaycana , onun haqq səsinə, ədalət işinə kölgə salmaq istəyən mənfur ermənilərin apardığı çirkin kampaniyalara reaksiya göstərirlər və onların layiqli cavabını verirlər. Səngərdə də ordumuz, dövlətimiz onların layiqli cavabını verdi. Amma indi informasiya səngərində də bizim soydaşlarımız onlara kifayət qədər güclü zərbələr vurublar və bu fəaliyyəti də davam etdirilər. Bu, sistemli şəkildə hər zaman da davamlı olacaqdır”.
R.Zeyni qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğalçı Ermənistan ordusunun torpaqlarımızdan çıxarılması, ölkəmizə qarşı böhtan kampaniyası aparan erməni lobbisinə qarşı və digər amillər QHT-lərin fəaliyyətinin əsasını təşki edir: “QHT-lər həm müvafiq layihələri, həm də öz illik fəaliyyətləri çərçivəsində bu fəaliyyəti əsas istiqamət hesab edirlər. Bu işi də həyata keçirən QHT-lər bütün imkanlardan istifadə edərək bu sahədə fəaliyyət göstərir. Milli QHT Forumunun üzvü olan 700-dən çox təşkilat varki, onların içərisində informasiya yönümlü, qazilər, veteranlarvə şəhid ailələrini, qaçqın və məcburi köçkünləri əhatə edən təşkilatlar fəaliyyət göstərir. Hüquq və azadlıqları, demokratik dəyərləri əhatə edən təşkilatlar isə bilavasitə həm ölkəmizdə, həm də beynəlxalq tribunlarda, o cümlədən virtual məkanda bütün imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini çatdırır, həm də ölkəmizə qarşı hansısa təxibat olduğu haıda dərhal ona cavab verərək səngəri boş qoymurlar”.
Akqabay Mıradov
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



