Nida Xəbər
Səfir Ukrayna XİN-də sərhəddəki gərginliyi müzakirə etdi
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı və təhlükəsizlik siyasətinin inkişafı ilə bağlı genişspektrli məsələləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində son günlərdə yaşanan gərginliyi müzakirə edib.
Publika.az xəbər verir ki, nazir müavini səfirə Ukraynadakı Azərbaycan icmasına təmkinli və tarazlı olmaqla bağlı müraciətinə görə təşəkkür edib. V.Bodnar əlavə edib ki, bu gün Ukraynada millətlərarası barışığı qorumaq üçün hər cür səy göstərmək vacibdir.
Tərəflər hər iki ölkənin təhlükəsizliyinə təhdid yaradan dezinformasiya kampaniyalarına qarşı mübarizə barədə ortaq fikir səsləndiriblər.
Diplomatlar həmçinin siyasi qarşılıqlı əlaqəni dərinləşdirmək və ticari-iqtisadi sahədə layihələr həyata keçirmək üçün əməli addımları müzakirə ediblər. Görüş zamanı Azərbaycan Respublikasının sədrlik etdiyi GUAM çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə fikir mübadiləsi də aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
