XİN: "Terrorçuluğun bütün forma və təzahürlərini pisləyirik"
Bizi izləyin

Nida Xəbər

XİN: "Terrorçuluğun bütün forma və təzahürlərini pisləyirik"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Terror Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə terror qurbanlarını anıb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində bildirilib.

"Terror Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə terror qurbanlarını ehtiramla anırıq. Erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan terrorizmi hər cür formada və təzahürdə qətiyyətlə pisləyir və onunla mübarizə səylərini dəstəkləyir!", - qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm