• USD 1,7000 0,00% EUR 2,0141 +0,60%
    • GBP 2,2067 +0,28% RUB 0,0220 +0,45%

Azərbaycan QHT-ləri BMT-nin Baş katibinə müraciət etdi

Azərbaycan QHT-ləri BMT-nin Baş katibinə müraciət etdi

Terror dövləti olan Ermənistanın durdurulması və cəzalandırılması tələbi ilə 531 Azərbaycan QHT-si BMT-nin Təhlükəsizlik Şurasına BMT-nin Baş katibi cənab Antoniyo Quttereşə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə deyilir:

“Məlumat üçün bildiririk ki, 17 oktyabr gecə saat 01 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyüş şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə SCUD/Elbrus ballistic raketlə hücum etmiş və nəticədə 13 nəfər ölmüş, 40-dan çox yaralanmışdır. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar və yaşlılar da var.

Son iki həftədə artıq üşüncü dəfədir ki, Gəncə şəhəri Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır və indiyi kimi bu hücumlar nəticəsində 27 nəfər mülki şəxs ölmüş 100-dən çox yaralanmışdır.

Ermənistan hərbi və siyasi rəhbərliyinin münaqişə zonasından çox uzaqda yerləşən və heç bir hərbi zərurət olmadan 500 minlik Gəncə şəhərini bombalaması, qəsdən və məqsədyönlü şəkildə böyük dağıdıcı gücə malik SCUD kimi raketlərdən istifadə edərək günahsız dinc əhalini hədəfə alaraq öldürməsi tarixə 21-ci əsrdə insanlıq əleyhinə törədilimiş ən qanlı müharibə cinayəti kimi daxil olacaqdır.

Azərbaycan ictimaiyyətini üzən və dərindən narahat edən təkcə Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq və terror aktı deyil, bizi ciddi şəkildə hiddələndirən və narahat edən dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, məhz bunun üçün dünya birliyi tərəfindən yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırım və müharibə cinayətlərinə səssiz qalmasıdır.

Hamıya aydındır ki, Gəncənin dinc əhalisinin kütləvi şəkildə və qəsdən öldürülməsi əmrini şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan tərəfindən verilib və bu əmr dərhal icra olunub. BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verən Paşinyan və Tonoyan, əmri icra edən digər hərbiçilər hərbi cani elan olunmalı və onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın törətdiyi cinayətə bu dəfə də səssiz qalsa, bu təcavüzkar və uşaq qatili olan olan Ermənistanın tam müdafiəsi və onun törətdiyi beynəlxalq cinayətlərə haqq qazandırmaq və bu cinayətlərə şərik olmaq anlamına gələcəkdir. Tarix isə bunu heç kimə bağışlamayacaq.

Ona görə də biz, bu müraciətə imza atan Azərbaycan QHT-ləri BMT Təhlükəsizlik Şurasından tələb edirik ki, təcili toplanaraq ilk növbədə Ermənistanın insanlıq əleyhinə tərətdiyi cinayəti qəti şəkildə pisləsin, sahib olduğu mandatından istifadə edərək Gəncəni bombalamaq əmri verən və çoxlu sayda mülki əhalini öldürən təcavüzkar Ermənistanın baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atsın”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR