Nida Xəbər
BAXCP-dən ÇAĞIRIŞ - Ermənistan hakimiyyəti beynəlxalq hərbi tribunala verilsin
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Gəncənin növbəti dəfə raket atəşinə tutulması və çoxsaylı mülki vətəndaşların qətlə yetirilməsi, yaralanması ilə bağlı bəyanat yayıb.
Publika.az-a daxil olan bəyanatda deyilir:
“BAXCP cəbhədə ağər məğlubiyyətlərdən quduzlaşmış və baş tutmamış erməni terror dövləti tərəfindən çoxsaylı dinc saknlərin, o cümlədən qadın və uşaqların ölümünə səbəb olan Azərbaycanın yaşayış məntəqələrinin ağər silahlarla atəşə tutulmasını və Gəncə şəhərinin ballistik raketlə növbəti dəfə vurulmasını hiddətlə qınayır, sivil dünyanı bu vəhşiliyi durdurmaq üçün öz etiraz səsini ucaltmağa və təsirli tədbirlər görməyə çağırır.
BAXCP hesab edir ki, Ermənistanın bu azğınlığı Qarabağı ilhaq etmək istəyərən Ermənistandan 240 min, Azrbaycanın Qarabağ və ətraf rayonlarından 760 min insanı etnik təmizləmə siyasəti nəticəsində ev-eşiyindən qovmasına, Azərbaycanın 20% torpaqlarını 30 ildən artıq işğal altında saxlamasına, Xocalıda genosid törətməsinə dünya birliyinin cavab verməməsindən qaynaqlanır. Biz Azərbaycan hökumətini və qanunlara sayğı ilə yanaşan bütün demokratik dünyanı bu ağır müharibə cinayətlərini lənətləməklə kifayətlənməməyə, dərhal təqsirkarların müəyyən edilib cəzalandırılması məqsədilə beynəlxalq hərbi tribunal yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”.
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































